Çin yuanı devalvasiya etdi

Əsas səbəb ixracın azalmasıdır…

Əsas səbəb ixracın azalmasıdır.

Çinin Mərkəzi Bankı iqtisadi göstəricilər fonunda yuanın son üç il ərzində ən aşağı səviyyəyə qədər devalvasiya etdiyini xəbər verib. Bu barədə Reuters bildirib.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, Çinin ixracının 8,3% aşağı düşməsi yuanın devalvasiyası haqqında qərarın qəbul edilməsinin əsas səbəbi olub. Belə ki, Çinin əsas ticarət tərəfdaşları olan – Avropa, ABŞ və Yaponiyadan olan tələbat azalıb.

“Çin mallarının ticarəti yüksək artım yaratdığı üçün yuanın səmərəlilik kursu digər dünya valyutaları ilə müqayisədə əvvəlki kimi güclüdür, ona görə də milli bazarı dəstəkləmək üçün milli valyutanın devalvasiyası haqqında qərar qəbul etmək lazım idi”, Çin tənzimləyicisinin bəyanatında deyilir.

Tənzimləyici avqustun 10-da – bazar ertəsi yuanın dollara nisbətdə “orta mübadilə kursunu” 6,1162-yə qarşı 6,2298 təyin edib.

www.oxu.az