Dağıstan kəndində döyüşlər başlayıb

Xüsusi əməliyyatın başlanmasından öncə mühasirəyə alınan evdən iki qadın çıxıb…

Xüsusi əməliyyatın başlanmasından öncə mühasirəyə alınan evdən iki qadın çıxıb.

Bir müddət öncə evlərin birində dörd yaraqlı mühasirəyə alınmışdı.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” hüquq mühafizə orqanlarından olan mənbənin məlumatına əsasən bildirib.

“Təslim olmaqdan imtina ediblər, hal-hazırda döyüşlər gedir”, – agentliyin həmsöhbəti bildirib.

TASS öz mənbələrinə istinadən bildirir ki, xüsusi əməliyyatın başlanmasından öncə mühasirəyə alınan evdən iki qadın çıxıb. Evdə neçə nəfərin qaldığı agentliyə bildirilməyib.

Avqustun 20-dən Qarabudaxkent rayonunda ATƏ (antiterror əməliyyatı) rejimi qüvvədədir.

www.oxu.az