“Daha gözəl Azərbaycan naminə: Azərbaycançılıq və Heydər Əliyev irsi ” mövzusunda məktəblilər arasında tədbirlərin təşkili layihəsinin icrasına başlandı

“Daha gözəl Azərbaycan naminə: Azərbaycançılıq və Heydər Əliyev irsi ” mövzusunda məktəblilər arasında tədbirlərin təşkili layihəsinin icrasına başlandı

Söz Azadlığını Müdafiə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Daha gözəl Azərbaycan naminə: Azərbaycançılıq və Heydər Əliyev irsi ” mövzusunda məktəblilər arasında tədbirlərin təşkili layihəsinin icrasına başlamışdır.

         Layihə ümümmilli lider Heydər Əliyevin bizə ərmağan etdiyi azərbaycançılıq ideyasının gənc nəslə aşılanması, onların azərbaycançılıq ruhunda, milli-mənəvi dəyərlərə sadiq, multikulturalizm dəyərlərinə hörmət və ehtiram, qarşılıqlı şəfqət, xeyirxahlıq, anlaşma və dilaoq hissi ilə yetişdiriliməsini qarşıya məqsəd qoymuşdur.

         Layihə çərçivəsində Bakı şəhərində və Quba, Qusar, Xaçmaz, Masallı, Lənkəran, Astara rayonlarınında yerləşən məktəblərin 6-9-cu sinif şagirdləri üçün seminarların keçirilməsi nəzərdə tutulmuşdur. Layihə gənc nəslin birgə-yaşayış qaydaları, multikulturalizm və daha gözəl Azərbaycan naminə yetişdirilməsində müsbət rol oynayacdır.

 

 

Mətbuat Xidməti

07.11.2015