Daha iki erməni əsgəri öldü

Düşmən Azərbaycan tərəfini günahlandırır…

Düşmən Azərbaycan tərəfini günahlandırır.

İyunun 19 və 20-də iki Ermənistan ordusunun iki hərbçisi ölüb.

Oxu.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Məlumata görə, hadisənin biri ayın 19-da Qarabağdakı hərbi postda, digəri isə bu gün Ararat vilayətində,  Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində baş verib.

Ölən hərbçiləri adları hələ ki açıqlanmır. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan isə onların Azərbaycan tərəfdən açılan atəş nəticəsində öldüyü ehtimalını irəli sürüb.

www.oxu.az