Davudoğlu: Ermənilər bu torpaqların həqiqi övladlarıdır

“Nə olursa olsun, mətbuat bilməsin”…

“Nə olursa olsun, mətbuat bilməsin”.

Erməni olduğu üçün yox, hörmət etdiyim bir ziyalı olduğu üçün Etyen Mahçupyandan danışmayacam. Yaşı ilə əlaqədar pensiyaya çıxdı, tez-tez görüşürük, danışırıq. Markar Esayan adlı millət vəkili namizədimizdir. Bu, Cümhuriyyət tarixində bəlkə də ilk dəfədir. Bizim namizədimiz bəlli olunca CHP də öz namizədini göstərdi. Münasibətlərin normallaşması bu deməkdir. Ermənilər bu torpaqların həqiqi övladlarıdır.  

Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Əhməd DavudoğluKanal24-ün efirində qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi açıqlamada bildirib.  

Davudoğlu bildirib ki, Türkiyə danışdıqda ermənilər bunu tələ adlandırır, başsağlığı verdikdə “bu bəs etməz” deyir, məsələdən uzaqlaşdıqda isə “türklər açıq danışmaq istəmirlər” söyləyirlər.

“Yaxşı, bəs siz bizim nə etməyimizi istəyirsiniz? Deyirsiniz ki, dərdimizi unudaq, ancaq sizin dərdinizi anlayaq, sizin dərdiniz üçün üzr istəyək. Deyirik gəlin danışaq, siz isə “əvvəlcə soyqırımı qəbul edin, sonra danışaq” deyirsiniz. Belə bir düşüncə ilə irəli getmək mümkün deyil”, – deyə, o qeyd edib.

“Biz çox rahat danışa bilirik, qarşı tərəfdə isə bu, yoxdur”, Davudoğlu vurğulayıb.

Amerikada erməni diasporu ilə görüşləri haqqında isə Davudoğlu bunları deyib:

“Mənimlə danışanların hamısı “nə olursa olsun, mətbuat bilməsin” deyir. Xəbər tutduqda isə bir erməni belə bir yazı yazır: Əgər Türkiyənin xarici işlər naziri Amerikada erməni diasporuna vaxt ayırırsa, deməli burada bir tələ var, heç kim bu tələyə düşməməlidir”.   

www.oxu.az