Davudoğlu: Türkiyə Ermənistanla ən yaxşı qonşuluq münasibətlərə hazırdır

“Barışmağa, acıları paylaşmağa hazırıq”…

“Barışmağa, acıları paylaşmağa hazırıq”.

Türkiyə Ermənistanla ən yaxşı qonşuluq münasibətlərə hazırdır. Amma Ermənistan bizim özümüz kimi gördüyümüz Azərbaycanla yaxşı qonşuluq quracaq addımlar atsın.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa Parlamentinin qondarma “erməni soyqırımı ” ilə bağlı qərarını şərh edərkən bildirib.
 
Əhməd Davudoğlu dünya ölkələrinin liderlərinə və parlamentlərinə xəbərdarlıq edib: “Kim olursa olsun, tarixi bilgiyə, arxiv məlumatlarına istinad etmədən millətimizi tarix qarşısında mühakimə etmək istəyənlərə qarşı mövqeyimiz açıq və sərt olacaq. Barışmağa, acıları paylaşmağa hazırıq. Amma iş boyun əyməyə gələndə, bizi heç kim boyun əyməyə məcbur edə bilməz”.

www.oxu.az