“Dünya tarixində analoji hallar mövcuddur”…
“Dünya tarixində analoji hallar mövcuddur”.
Oxu.Az xəbər verir ki, Milli Məclisin (AR Parlamenti) deputatı Aydın Mirzəzadə Novosti-Azərbaycana erməni tərəfinin hərbi təhlükəni saxlayıb Azərbaycanla vasitəçilərin yardımı ilə sülh danışıqlarına başlasa, vurulmuş Mi-24 helikopterinin pilotlarının cəsədlərinin qaytarılmasının istisna olmadığını bildirib.
Daha öncə Azərbaycan Müdafiə Nazirliyinin xəbər verdiyi kimi noyabrın 12-də Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərqdə hərbi kursla uçan Ermənistan HHQ-yə məxsus helikopter vurulub. Azərbaycan tərəfinin açdığı atəş nəticəsində düşmən helikopteri vurulub. Vesti.Az Novosti Azərbaycan-a istinadən xəbər verib.
“Erməni tərəfi öz hərbçilərini birbaşa ölümə göndərib, indi isə onların meyitlərini ortalıqda qoyub. Erməni tərəfinin bacardığı yeganə şey qoşunların təmas xəttində təxribat və hərbi təhlükə yaratmaqdır, guya ki, erməni SQ-i öz hərbçilərinin cəsədlərini güc tətbiq etməklə götürə bilərlər. Məhz bu səbəbdən Azərbaycan tərəfi danışıqların mühümlüyünü anlamayana qədər cəsədləri verməyəcək, Mübariz İbrahimovun cəsədinin alınması zamanı rəsmi Bakı belə etmişdi”, – deputat deyib.
Onun sözlərinə görə, M.İbrahimovun cəsədinin qaytarılması məsələsində Azərbaycan bir dəfə də olsun Ermənistana hədə-qorxu gəlməmişdi, peşəkar və diplomatcasına davranmışdı.
“Nəticədə Mübariz İbrahimovun cəsədi – ermənilər istəməsələr də – Azərbaycana qaytarılmışdı. Sadəcə Azərbaycan öz vətəndaşının cəsədinə görə də narahat olurdu”, – o qeyd edib.
Deputatın fikrinə görə, əgər belə davam edərsə, Azərbaycan tərəfi humanist baxışlarına görə erməni hərbçilərinin cəsədini Azərbaycan ərazisində xristian ayinlərinə riayət edərək dəfn edə bilər.
“Dünya tarixində analoji hallar olub. Məsələn, Böyük Vətən müharibəsi zamanı sovet əsgərləri alman əsgərlərini humanizm göstərərək dəfn edirdilər”, – Milli Məclisin deputatı qeyd edib.