Deputat: Ermənistan uydurma soyqırım iddialarını artırmaqla Azərbaycan ərazilərinin işğalı faktını unutdurmağa çalışır

“İşğalçı Ermənistan uydurma “erməni soyqırımı “nı tanıtma iddialarını artırmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunun və digər ərazilərinin işğalı faktını unutdurmağa çalışır “….

“İşğalçı Ermənistan uydurma “erməni soyqırımı “nı tanıtma iddialarını artırmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunun və digər ərazilərinin işğalı faktını unutdurmağa çalışır “.

Trend-in məlumatına görə, bunu Humanitar Araşdırmalar İctimai Birliyi və Almaniyadakı Hamburq Türk Birliyinin Hamburq şəhərində təşkil etdiyi “Ermənistanın Azərbaycana təcavüzünün Avropa təhlükəsizliyinə təsiri” adlı konfransda çıxış edən Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Avropa qitəsində təhlükəsizliyə ciddi təhdid törətdiyindən ölkələr terroru himayə edən və işğalçı dövlət olan Ermənistanın siyasətini pisləməlidirlər.

Deputatın sözlərinə görə, Ermənistanın təcavüzünün davam etməsinə və ağır nəticələrinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri böyük bir inkişaf yolu keçib: “İşğalçı Ermənistan isə iflas səviyyəsindədir “.

Almaniya Bundestaqının keçmiş deputatı, professor Hakkı Keskin isə “Ermənistan, beynəlxalq qərarlar və Qafqazda sülh” mövzusunda məruzə edib. O, Xocalıda törədilən soyqırımdan danışıb, Ermənistanın təcavüzünün davam etməsini Avropa təhlükəsizliyinə təhdid kimi qiymətləndirib, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsinin və işğalçı ölkəyə təzyiqlər edillməsinin vacibliyini vurğulayıb.

Tədbirdə Hamburq əyaləti parlamentinin üzvü, Hamburq Türk Birliyinin sədri Nebahat Güclü, Humanitar Araşdırmalar İctimai Birliyinin sədri, dosent Nurlana Mustafayeva və b. çıxış edib.

 

/Trend/