Deputat Naxçıvana “Qəhrəman Şəhər” statusu verməyi təklif edir

“Bir qərar qəbul etməliyik”…

“Bir qərar qəbul etməliyik”.

Milli Məclisin bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov maraqlı təkliflə çıxış edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, YAP icra katibinin müavini Siyavuş Novruzov isə Azərbaycanın üçrəngli bayrağının ilk dəfə Naxçıvanda dalğalandığını bildirib:

“Naxçıvan Muxtar Respublikasının 90 illiyi keçiriləcək. Naxçıvan Türkiyə ilə 11 kilometrlik sərhədi çıxmaq şərtilə blokada şəraitindədir. Ermənistanla ən böyük sərhədə malikdir. Leninqrada 4 il mühasirəyə görə “Qəhrəman Şəhər” adı verildi. Naxçıvan isə 20 ildir ki, blokadadadır. Milli Məclisdə məsləhətləşib, Naxçıvanla bağlı bir qərar qəbul etməliyik”.

www.oxu.az