Deputatlardan təklif: 18 oktyabr qeyri-iş günü olsun

“O insanlara da kömək edilməsi yaxşı olardı”…

“O insanlara da kömək edilməsi yaxşı olardı”.

Milli Məclisin növbəti iclasında bəzi deputatlar 18 oktyabr – Müstəqillik Günü ilə bağlı təklif irəli sürüblər.

Oxu.Az-ın məlumatına görə, bugünkü iclasda çıxış edən millət vəkili, Fərəc Quliyev Azərbaycanın müstəqilliyinə səs vermiş keçmiş deputatların xidmətlərinin nəzərə alınmasını istəyib.

Onun həmkarı Vahid Əhmədov isə İlham Əliyevin bütün çıxışlarında Azərbaycanın müstəqilliyinin önəmini qeyd etdiyini bildirib:

“Mən Müstəqillik Gününün qeyri-iş günü olması və silsilə tədbirlərin keçirilməsini təklif edirəm. Müstəqilliyə səs vermiş keçmiş həmkarlarımızın bəzilərinin vəziyyəti ağırdır, mənzilə ehtiyacı olanlar var. O insanlara da kömək edilməsi yaxşı olardı”.

www.oxu.az