Donetsk separatçılarına yardım aparan erməni öldürüldü

 Ukraynanın Slavyansk şəhərində “sağ sektor”un nümayəndələri “Donetsk fəalları”nın avtomobilinə silahlı hücum ediblər…

 Ukraynanın Slavyansk şəhərində “sağ sektor”un nümayəndələri “Donetsk fəalları”nın avtomobilinə silahlı hücum ediblər.

APA-nın “Voskanopat.info” saytına istinadən verdiyi xəbərə görə, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Öldürülən şəxsin milliyətcə erməni Ruben Avanesyan olduğu müəyyənləşib.  Donbass Xalq Cəbhəsi qərərgahının nümayəndəsi  hücuma məruz qalan şəxslərin Slavyanska humanitar yardım apardıqlarını bildirib. Şəhər mərkəzində təşkil olunan mitinqdə nümayiş iştarkçıları Rusiya bayraqlarını qaldıraraq, Ukraynanın yeni hakimiyyətini tanımadıqlarını, sona qədər öz azadlıqları ugrunda mübarizə aparacaqlarını bəyan ediblər.

Qarabag.info