Dörd rayonda qaz olmayacaq

Təmir-quraşdırma işləri aparılır…

Təmir-quraşdırma işləri aparılır.

Bu gün Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Oxu.Az xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 15:00-dək Şəmkir rayonunun bir hissəsinə, saat 14:00-dan 18:00-dək Tovuz rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Sumqayıt şəhərinin Tağıyev qəsəbəsinə, saat 16:00-dan 18:00-dək isə Ağstafa rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

www.oxu.az