Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı

Mədaxilin 54,1 faizi vergi olmayan gəlirlər hesabına təmin edilib…

Mədaxilin 54,1 faizi vergi olmayan gəlirlər hesabına təmin edilib.

2014-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 11087,2 milyon manat, xərcləri 10313,2 milyon manat təşkil edib.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, büdcənin profisiti 774,0 milyon manat və ya ümumi daxili məhsulun 2,3 faizi səviyyəsində olub.

“Büdcə gəlirlərinin 14,2 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 16,0 faizi əlavə dəyər vergisindən, 5,0 faizi fiziki şəxslərin gəlir vergisindən, 4,2 faizi aksiz vergisindən, 3,9 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən, 2,6 faizi digər vergilərdən daxil olub, 54,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 4,6 milyard manatı (45,0 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə, 1,1 milyard manatı (10,8 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 1,2 milyard manatı (11,5 faizi) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənib”, – məlumatda deyilir.


www.oxu.az