Dünya Qarabağda vurulan helikopterdən danışdı

Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib…

Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Ermənistan ordusuna məxsus helikopterin vurulması məsələsi xarici mətbuatda da öz əksini tapıb.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Amerika Birləşmiş Ştatlarının aparıcı xəbər agentliyi Associated Press və ABC News telekanalı bu barədə xəbər yayıb.

Xəbər, eyni zamanda, BBC telekanalının da diqqətində olub. Associated Press-in məlumatına görə, hadisə Dağlıq Qarabağda yenidən zorakılıqların şiddətlənməsinə səbəb ola bilər.

Helikopterin vurulmasına Türkiyə mətbuatında da geniş yer verilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.

Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

www.oxu.az