Amerikanın imici xüsusilə “Sülh və təhlükəsizlik” kateqoriyasında zərər gördü…
Amerikanın imici xüsusilə “Sülh və təhlükəsizlik” kateqoriyasında zərər gördü.
Almaniyanı dünyada digər ölkələrdən daha çox sevirlər. Bunu marketinq araşdırmaları institutu GFK-nın dünyanın 20 ölkəsində 20 mindən çox sakin arasında keçirdiyi sorğunun nəticələri sübut edib. Almaniya 2009-cu ildən bəri bu reytinqdə ilk yerdə olan ABŞ-ı geridə qoyaraq, birinci pilləyə qalxıb.
Oxu.Az Bizimyol-a istinadən xəbər verir ki, Amerikanın imici xüsusilə “Sülh və təhlükəsizlik” kateqoriyasında zərər gördü. Bu kateqoriyalarda 25-ci yerə çıxan Rusiyanın da populyarlığı düşüb.
Nation Brands IndexSM araşdırması ayrıca götürülmüş ölkənin 6 kateqoriya – “İxrac”, “Hökumət”, “Mədəniyyət”, “Əhali”, “Turizm”, “İmmiqrasiya və investisiyalar” üzrə bölünmüş 23 faktoruna əsaslanaraq, başqa ölkələr tərəfdən onlara olan münasibəti öyrənir.