Düşmən helikopterini vurmuş komandir: Valideynlərim sadə kənd adamlarıdır

“Valideynlərim sadə kənd adamlarıdır, atam təsərrüfat işləri ilə məşğul olur”…

“Valideynlərim sadə kənd adamlarıdır, atam təsərrüfat işləri ilə məşğul olur”.

Valideynlərim sadə kənd adamlarıdır, atam təsərrüfat işləri ilə məşğul olur.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Ordusu qəzetinə müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, 12 noyabrda Qarabağ səmasında düşmən helikopterini məhv etmiş İlkin Muradov ailəsi barədə sualları cavablandırarkən deyib.

İlkin əsgər kimi 2008-2010-cu illərdə xidmət edib, 2014-cü ildə isə yenidən orduya qayıdıb:

“Hələ 2012-ci ildə orduya qayıtmaq fikrim vardı. Ancaq adam xəstə olduğuna görə və bəzi sənədləri vaxtında hazırlaya bilmədiyim üçün o vaxt mümkün olmadı”.

2014-cü ildə yenidən hərbi xidmətə qayıtmaq üçün komandanlığa müraciət edən ilkin müsbət cavab alır, və artıq 5 aydır ki, xidmət edir.

İlkin düşmən helikopterinin necə məhv edilməsindən də danışdı:

“Həmişəki kimi, burada xidmət aparırdıq. Ön mövqeləri müşahidə edirdik. Bilirdik ki, erməni birləşmləri qarşıdakı təpələr arxasında hərbi təlim keçirlər. Onların uçuş istiqamətlərini öyrənmişdik. Və həmin istiqaməti daim nəzarətdə saxlayırdıq.

Zenitçilərimiz hələ üç gün əvvəl düşmənin bir helikopterini binoklla müşahidə etmişdilər. Onda helikopter bizim mövqelərdən çox uzaqda uçub. Qarşıdakı dağın ətəyindən hərbi texnika düşmənin təlim mərkəzinə gedib və sonra qayıdıb. Noyabrın 12-də isə helikopterlər düz səngərlərimizə doğru yönəliblər.

“Mən start mövqeyində hazır vəziyyətdə dayanmışdım. Uzaqdan əvvəlcə düşmən helikopterlərinin səsini eşitdik. Sonra hədəflərin qaraltılarını nöqtə kimi binoklda müşahidə etdik. Gördük iki Mi-24 tipli helikopter düz üstümüzə gəlir. Dərhal bu barədə komanda məntəqəsinə məlumat verdik.

Göstəriş aldıq ki, əgər bizim hərbi hissənin müdafiə rayonuna daxil olsalar, hava məkanını pozsalar, hədəfləri məhv edək. Helikopterlər səngərlərimizin üzərinə sürətlə yaxınlaşaraq, mövqelərimizi atəşə tutdular və postlarımıza zərbə endirdilər. Ön xətdəki döyüşçülərimiz də avtomat və pulemyotlardan düşmənin texnikalarını atəşə tutdular və bu zaman onlar sola istiqamət götürdülər. Mən dərhal arxadan uçan helikopteri nişan alıb tətiyi basdım. Biz döyüş postuna gedib həmin döyüşçülərimizlə də görüşdük”, – deyə, İlkin bildirib.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun əmri ilə düşmən helikopterini məhv etmiş hərbi qulluqçu İlkin Muradov “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

www.oxu.az