Düşmən vertolyotunun vurulma anı-FOTOLAR

Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar…

 

 

Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan Ermənistan helikopterinin fotoları yayıldı.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.

Cavab atəşilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

/Oxu.az/