Ekspert: Büdcədə neftin qiyməti 80 dollardan götürülməlidir

“Neftin bazar qiyməti azaldılmalıdır”…

“Neftin bazar qiyməti azaldılmalıdır”.

London birjasında artıq yanvar ayı üzrə fyuçers kontraktlarının bağlanmasına başlanıb. Hazırda Brent markalı neftin qiyməti 78 dollardan bir az çoxdur. Bizim neftin Brentdən bir az baha olduğunu nəzərə alsaq deməli, Azeri light markalı neftin bir bareli ən yaxşı halda 80 dollara satılır.

Oxu.Az xəbər verir ki, bunu iqtisadi ekspert Samir Əliyev bildirib.

Onun sözlərinə görə, 2015-ci ilin dövlət büdcəsini doldurmaq üçün birjaya çıxardığımız neft hazırda 80 dollara satılır.

“Ancaq büdcə layihəsində bu hədd 90 dollar nəzərdə tutulub. Fikrimcə, 2015-ci ilin dövlət büdcəsində neftin baza qiymətinin 80 dollar götürülməsi məqsədəuyğundur. Ümid edirəm, hökumət nümayəndələri və millət vəkilləri bu amili nəzərə alaraq neftin baza qiymətini azaldacaqlar”.

www.oxu.az