Ekspert: Gələn ilin dövlət büdcəsi riskli bir büdcədir

Neftin qiymətini hökumət 90 dollar götürüb…

Neftin qiymətini hökumət 90 dollar götürüb.

Hökumət 2015-ci ilin büdcə məlumatlarını açıqladı. Ətraflı təhlil üçün bir az vaxt lazımdı. Amma hətta qaçaraq gözdən keçirərkən riskli bir büdcə olduğu dərhal diqqəti çəkir.

Oxu.Az xəbər verir ki, bunu iqtisadşı ekspert Rövşən Ağayev bildirib:

“Əvvəla, ona görə ki, büdcə hesablamaları üçün neftin qiymətini hökumət 90 dollar götürüb.

Halbuki BVF-nun qlobal iqtisadiyyatın yaxın perspektivləri (2014-2016-cı illər) ilə bağlı verdiyi bədbin proqnozlar, Beynəlxalq Energetika Agentliyinin neft bazarında tələbin azalacağı ilə bağlı proqnozları, İrana qarşı sanksiyaların azaldılması, ABŞ-ın neft-qaz idxalından imtina edərək özünün ixracatçı ölkəyə çevrilməsi, neftin qiymətinin azaldılması ilə bağlı ABŞ və Səudiyyə Ərəbistanı arasında sövdələşmənin əldə edilməsinə dair məlumatların dolaşması fonunda neftin qiymətinin 70-80 dollar intervalında qərarlaşacağı ilə bağlı rəylər üstünlük təşkil edir. İkincisi, neft gəlirlərinin azalma riskinin böyük olduğu bir vaxtda 2014-cü ilə nisbətən 2015-ci il büdcə gəlirləri 1,054 milyard manat (5.7%) artımla proqnozlaşdırılır.

Öz növbəsində Neft Fondunun transfertlərinin 1.051 milyard artımı nəzərdə tutulur. Transfertlərin ümumi həcmi 10.388 milyard manat proqnozlaşdırılır.

Üçüncüsü, hökumət 2014-cü ilə nisbətən 2015-ci ildə qeyri-neft sektoru üzrə daxilolmaların təxminən 500 milyon manat artaçağını proqnozlaşdırır və bu da kifayət qədər probemli görünür.

Gəlirlərə adekvat olaraq xərclərin də artımı nəzərdə tutulur – 1.037 milyard manat və ya 5.2%. Artımların 90%-ə qədəri tikinti (təxminən 670 milyon manat artır), müdafiə (141 milyon manat artır), səhiyyə (52 milyon manat artır). Yerdə qalan xərc istiqamatələri üzrə artım ümumilikdə 174 milyon manat təşkil edəcək”, – bildirib ekspert.

www.oxu.az