Ermənilər özlərini aldatmamalıdırlar və bilməlidirlər ki, Dağlıq Qarabağın Azərbaycansız gələcəyi yoxdur…
Ermənilər özlərini aldatmamalıdırlar və bilməlidirlər ki, Dağlıq Qarabağın Azərbaycansız gələcəyi yoxdur.
Gün.Az-ın verdiyi xəbərə əsasən, bunu Xarici İşlər Nazirlinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “İrəli” İctimai Birliyinin təşkil etdiyi “Gənc Liderlər üçün Qış Universiteti”ndə gənclərlə görüşü zamanı bildirib.
O qeyd edib ki, bu gün problem Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası deyil.
“Problem Ermənistanın danışıqlarda lazım olan istiqamətdən qaçmasıdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının gec-tez baş verəcəyini Ermənistan rəhbərliyi özü də yaxşı bilir.
Onlar bilirlər ki, bu, bir gün mütləq olacaq. Sadəcə Ermənistan rəsmiləri hazırda öz mənafeləri naminə “bu günlük yola vermək siyasəti”ni yürüdür. Bizim də məqsədimiz odur ki, beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraq ki, Ermənistan bu gün konkretlikdən qaçır”.
O vurğulayıb ki, Ermənistanın ümumiyyətlə münaqişənin həlli prosesində çaşqınlığı var.
“Hətta Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaması da ondan irəli gəlir ki, onu hansı hüdudlar çərçivəsində tanıyacağını bilmir. Ermənistan mövqeləri həm hüquqi, həm siyasi, həm də regiondakı liderliyi baxımından çox əsassız və zəifdir.
Elə ona görə də Ermənistan danışıqlar prosesində ləngər vurur. Bu gün danışıqlarda bir söz deyir, sabah fikrini dəyişərək başqa yanaşma nümayiş etdirir. Ermənistanın bu mövqesizliyi onu olduqca çətin vəziyyətə qoyur.
Bunu ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də yaxşı dərk edir”.
/Gun.az/