Elmar Məmmədyarov Strasburqa yola düşüb

O, sədrliyi Belçikaya təhvil verəcək…

O, sədrliyi Belçikaya təhvil verəcək.

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin noyabrın 13-də keçiriləcək iclasında iştirak etmək üçün Strasburqa yola düşüb.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, E.Məmmədyarov iclasda Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin yekunlarına dair hesabat təqdim edəcək. 

O, Azərbaycanın altı aylıq sədrlik müddətinin başa çatması ilə əlaqədar sədrliyi Belçikaya təhvil verəcək.

www.oxu.az