Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təkliflərlə çıxış edib…
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təkliflərlə çıxış edib. Təkliflər Rusiya XİN rəhbəri Sergey Lavrovun regiona səfəri zamanı təqdim edilib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib.
E.Məmmədyarov qeyd edib ki, həmçinin, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək təklif edilib: “Biz buna razılığımızı verdik. Görüşün tezlikə baş tutacağını gözləyirik “.
/Trend/