Elnur Aslanov: “TANAP Azərbaycan və Azərbaycanın tərəfdaşları tərəfindən maliyyələşdiriləcək”

“Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi layihələr Avropanın enerji və nəqliyyat xəritəsini dəyişib”…

“Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi layihələr Avropanın enerji və nəqliyyat xəritəsini dəyişib”

 

 “Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi layihələr Avropanın enerji və nəqliyyat xəritəsini dəyişib. Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, TANAP layihəsinin ümumi dəyəri 45 milyard dollar olacaq, bu layihə Azərbaycan və Azərbaycanın tərəfdaşları tərəfindən maliyyələşdiriləcək”.

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

 

E. Aslanov qeyd edib ki, TANAP-ın maliyyələşməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirakını təmin edəcək, eyni zamanda gələcəkdə istər TAP layihəsinin, istərsə də “Cənub dəhlizi”nin reallaşması ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

/Apa/