Erməni general ölkəsini ifşa etdi – YENİLƏNİB

Movses Akopyan Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatlarını təsdiqlədi…

Movses Akopyan Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatlarını təsdiqlədi.

Yazı hazırlanarkən erməni tərəfi öz generallarının verdiyi bəyanatla ölkəsini ifşa etməsini anlayıb və təcili şəkildə News.am saytında getmiş yazıda dəyişiklik edərək, “helikopter 20 metr məsafədə vurulub” cümləsini “helikopter 20 metr məsafədə düşüb” cümləsi ilə əvəzləyib.

Lakin təqdim etdiyimiz screen-shot bir daha erməni yalanlarını ifşa edir.

Əvvəl

Sonra

15:42

Dağlıq Qarabağdakı işğalçı qoşunların komandanı, general Movses Akopyan sensasiyalı bəyanatla çıxış edib.

Oxu.Az xəbər verir ki, noyabrın 14-də Ermənistan Respublikasının işğal olunmuş torpaqlarımızda keçirdiyi əməliyyat-taktiki təlimlər zamanı jurnalistlərlə söhbətində Akopyan Qarabağda vurulmuş erməni helikopteri barədə də danışıb.

Akopyan məsələ ilə bağlı aşağıdakıları deyib:

“Noyabrın 12-də “DQR” və Azərbaycan ordusunun təmas xəttində, düşmən (yəni, Azərbaycan ordusunun – red.) mövqelərindən cəmi 20 metr məsafədə erməni helikopteri vurulub”.

Akopyanın sözlərinə görə, hazırda həmin əraziyə yaxınlaşmaq mümkün deyil.

Qeyd edək ki, Akopyanın bu sözləri Azərbaycanın Müdafiə Nazirliyinin vurulmuş erməni helikopteri ilə bağlı yaydığı bütün bəyanatlarını tam şəkildə təsdiqləyir.

Belə ki, bundan əvvəl mətbuata açıqlama verən Azərbaycan MN düşmən helikopterinin mövqelərimizə hücum etməyə çalışmasını və helikopterin mövqelərimizin üzərində vurulduğunu bildirmişdi.

Erməni tərəfi isə bunu inkar edərək, helikopterin heç də təmas xəttində, Azərbaycan ordusunun mövqeləri üzərində vurulmadığını, təmas xəttindən uzaq məsafədə təlim xarakterli uçuşlar keçirdiyini bildirirdi.

Əvvəl

 

 

 

 

 

 

 

Sonra 

 

 

 

 

 

 

 

 

 

www.oxu.az