“Erməni qüvvəsi”nin başçısını ABŞ-da 32 il müddətinə həbs ediblər

Nəzəri olaraq onu 973,5 il həbs müddəti gözləyirdi…

Nəzəri olaraq onu 973,5 il həbs müddəti gözləyirdi.

Los-Ancelesdə 39 yaşlı Mqer Darbinyana hökm oxunub, “Erməni qüvvəsi”nin sonuncu başçısına qarşı 2011-ci ildə 90 müttəhimə qarşı ittiham irəli sürülüb.

Onlardan 87-nə qarşı ittiham irəli sürülüb, ikisi qaçıb, daha bir nəfərə qarşı açılan cinayət işinə isə xitam verilib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, aprelin ortalarında sona çatan bir aylıq prosesdən sonra Darbinyan ittiham çıxarışının 57 maddəsi üzrə günahkar bilinib.

Prokurorluq hakim Hari Klauznerdən Darbinyanı 32 il müddətinə barmaqlıq arxasına göndərməyi tələb edirdi.

Darbinyan silah saxlamaqda, qarətdə, eləcə də oğurluq kartdan istifadədə ittiham edilirdi.

Nəhayət, məhkəmə üzvləri Darbinyanı rəhbərik etdiyi qrupun 99 Cents Only Store terminallarını alaraq onları gizlincə mağaza terminallarının əvəzinə quraşdıraraq istifadə etməkdə ittiham etdilər.

Beləliklə də onlar amerikalıların bank hesablarına giriş imkanı əldə edirdilər. Sonra isə terminalları götürür yerinə əsil terminalları qoyurdular. Hesablama qurğularında isə minlərlə alıcının debet rekvizitləri qalırdı. Bundan istifadə edən fırıldaqçılar kartlarını klonlaşdıraraq  hesabdan onların pullarını çıxarırdılar.

www.oxu.az