Erməni şahmatçı: “Rusiya Azərbaycana hücum edəcək”

Rusiya Ukraynadan sonra daha bir neçə ölkəyə hücum edəcək…

Rusiya Ukraynadan sonra daha bir neçə ölkəyə hücum edəcək.

 

Axar.az Obozrevatel.com-a istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı müxalif və əslən Bakıdan olan məşhur şahmatçı Harri Kasparov çıxış edib.

 

O, Rusiyanın hücum edəcəyi ölkələrin sırasında Baltikyanı dövlətlər, Gürcüstan və Azərbaycanın da olduğunu bildirib:

 

“Putinin Baltikyanı dövlətlərdə provokasiya törətməkdən ötrü imkanları var. Bu, real gələcəkdir. Çünki bununla NATO-ya birbaşa zərbə vurulmuş olacaq. Bundan əlavə cənub istiqaməti də var. Məncə, Gürcüstan və Azərbaycan özlərini təhlükəsiz vəziyyətdə hiss etməməlidir. Bunun üçün səbəblər də var. Əvvəla, artıq donu açılmağa başlayan Dağlıq Qarabağ konflikti var. Rusiyanın əsas tələbi isə Ermənistana koridorun verilməsidir. Azərbaycanla Dağıstan arasında peyda olan kiçik ərazi mübahisəsi də narahatlığa əsas verir”. 

 

/Publika.az/