Erməni samboçular Azərbaycana gəlir

İdmançılar birinci Avropa oyunlarında iştirak edəcəklər…

İdmançılar birinci Avropa oyunlarında iştirak edəcəklər.

Erməni samboçuları 2015-ci ilin iyununda Bakıda birinci Avropa oyunlarında iştirak edəcəklər.

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, 11 noyabr tarixində Ermənistanın Sambo Federasiyasının iclasında bu məsələ müzakirə edilib.

İclasda kişilər arasında 57 və 90 kiloqram çəki dərəcələrində və qadınlar arasında 52 kiloqram çəki dərəcəsində ən güclüləri müəyyənləşdirmək üçün yarış təşkil etmək qərara alınıb.

Avropa Oyunlarına hazırlıq məqsədi ilə erməni samboçuların iki beynəlxalq yarışda iştirakı planlaşdırılıb. Ermənistan Milli Olimpiya Komitəsinin müvafiq maliyyə dəstəyi olacağı təqdirdə, Ermənistan Sambo Federasiyasının qarşısına Bakıda ən az iki medal qazanmaq hədəfi qoyulacaq.

www.oxu.az