Ermənilər Rusiyada qeydiyyatsız qala biləcəklər

Yeni saziş qəbul olunub…

Yeni saziş qəbul olunub.

Rusiya Federasiyası (RF) Nazirlər Kabineti XİN və Rusiya Federal Miqrasiya Xidməti Rusiya və Ermənistan hökuməti arasında bir ölkənin vətəndaşlarının digər ölkənin ərazisində qalması barədə qanun layihəsi qəbul edib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hakimiyyətin saytında bildirilib.

“Razılaşma Ermənistan ərazisində Rusiya vətəndaşlarının və Rusiya ərazisində olan erməni vətəndaşlarının gəlişinin 30 gün ərzində əlaqəli orqanlarda qeydiyyatdan azad edilməsini (yaşayış yerinə görə uçota götürülməsi) nəzərdə tutur”, – məlumatda deyilir.

RF və Ermənistan arasında razılaşma 2014-cü ilin iyul ayının 14-də Soçidə imzalanıb.

www.oxu.az