Ermənilər xalçalarımızı mənimsədilər

Kombinatda 150 nəfər qadının xalça toxuma işi ilə məşğul olduğu bildirilib…

Kombinatda 150 nəfər qadının xalça toxuma işi ilə məşğul olduğu bildirilib.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində xalça toxunması ilə məşğul olan “Qarabağ karpet” şirkəti xarici ölkələrdə, o cümlədən ABŞ-ın Los-Anceles şəhərində nümayəndəlik açacaq. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, erməni KİV-lərinə istinadən verilən məlumata görə, bu barədə şirkətin direktoru Sevak Xaçatryanbildirib. 

Onun sözlərinə görə, Yerevan və Los-Ancelesdəki nümayəndəliyin açılışı bu il baş tutacaq. 

Xaçatryan əlavə edib ki, yaxın illər ərzində ipəkçilik və toxuculuq sahələrində 500 yeni iş yerinin açılması planlaşdırılır. Xarici ölkələrə xalça ixracını təmin etmək üçün Dağlıq Qarabağdakı separatçı rejim Xankəndidə sovet dövründən fəaliyyət göstərən ipəkçilik kombinatının fəaliyyətini qismən bərpa edib. 

Kombinatda 150 nəfər qadının xalça toxuma işi ilə məşğul olduğu bildirilib. Bundan başqa Şuşada, Laçında və Ağdərənin Çartar kəndində də “Qarabağ karpet” şirkəti tərəfindən toxuculuq mərkəzləri fəaliyyətə başlayıb.  

www.oxu.az