Ermənistan olimpiyaçıları Bakıya gəlirlər

Toplantı keçiriləcək…

Toplantı keçiriləcək.

Ermənistan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 21-22 noyabrda Bakıda keçiriləcək 43-cü sessiyasında iştirak edəcək.

Oxu.Az-ın “Regnum”a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Olimpiya Komitəsindən bildiriblər. 

Ermənistan tərəfini komitənin baş katibi Qraçya Rostomyan və komitənin idarə rəisi Vaginak Qalstyan təmsil edəcək. 
 
Toplantıda gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə olunacaq. 

www.oxu.az