Ermənistan prezidenti hökumətdə yeni təyinatlar edib

Ermənistan prezidenti Serj Sarqsyan hökumət aparatının nazir-rəhbəri kimi David Arutünyanın təyinatı haqqında fərmanı imzalayıb…

Ermənistan prezidenti Serj Sarqsyan hökumət aparatının nazir-rəhbəri kimi David Arutünyanın təyinatı haqqında fərmanı imzalayıb. Bu barədə Trend Novosti-Armeniya-ya istinadən məlumat verir.

David Arutünyan 1998-dən 2007-ci ilə qədər ədliyyə naziri vəzifəsini tuturdu.

2007-ci ildən parlamentin deputatı olub, dövlət-hüquqi məsələlər üzrə komissiyaya başçılıq edirdi.

Başqa prezident fərmanıyla Armen Yerisyan FHN-nin rəhbəri vəzifəsinə yenidən təyin edilmişdi.

 

/Trend/