Ermənistanın Gömrük İttifaqına üzv olacağı gözlənilir

Aprelin 29-da Minskdə Avrasiya İqtisadi Şurasının toplantısı keçiriləcək…

Aprelin 29-da Minskdə Avrasiya İqtisadi Şurasının toplantısı keçiriləcək.

 

Avrasiya İqtisadi Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Rusiya, Qazaxıstan və Belarus prezidentləri iştirak edəcək.

 

İclasda həmçinin Ermənistan və Qırğızıstan prezidentlərinin iştirakı gözlənilir.

 

Ermənistan KİV-nin yaydığı məlumata görə, toplantı zamanı Ermənistanın Gömrük İttifaqına üzvlüyü haqda saziş imzalanacaq. Sənədi Rusiya, Qazaxıstan, Belarus və Ermənistan prezidentləri imzalayacaqlar.

 

/lent.az/