5 hektar sahə məhv oldu….
5 hektar sahə məhv oldu.
Avqustun 11-də Ermənistanın Sünik vilayətinin Mehri regionunun Qudemnis kəndində böyük yanğın baş verib.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə Qudemnis kəndinin başçısı Artuş Qriqoryan məlumat verib.
Onun sözlərinə görə, yanğın kəndin yaxınlığında meşədə baş verib, 5 hektarlıq sahə yanıb. Yerli sakinlər və yanğınsöndürənlər bir yerdə yanğını söndürüblər.
Yanğının səbəbinə gəlincə, Artuş Qriqoryan deyib ki, ehtimal olunur ki, yerli hərbi hissədən olan əsgər söndürülməmiş siqareti quru otun üzərinə atıb.