Erməni diasporu Ermənistanı dəstəkləməkdən imtina edir

“İlkin mənzərə faciəvidir”…

“İlkin mənzərə faciəvidir”.

Cari ilin birinci rübündə Ermənistan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi olduqca cüzi olub. 

Oxu.Az erməni KİV-nə istinadla xəbər verir ki, bu barədə “Aykakan jamanak” qəzeti yazıb.  
Qəzet Ermənistanın İqtisadiyyat Nazirliyindəki mənbəyə istinad edir və qeyd edir ki, bu vaxta qədər bu dərəcədə ağır vəziyyət olmayıb. 

“Xarici investisiyaların həcmi barədə rəsmi məlumat yalnız may ayında açıqlanacaq, lakin ilkin mənzərə artıq faciəvidir. Olduqca az investisiyalar energetika, dağ-metallurgiya və kənd təsərrüfatı sahələrində olub. Pərakəndə ticarət sahəsində də, çox güman ki, “Carrefour”a görə müəyyən qədər investisiyalar qoyulub”,- qəzet qeyd edib. 

Qəzetdə vurğulanıb ki, ümumilikdə investisiyaların həcmi 10 milyon dollara yaxın məbləğdə olub, lakin son illərdə analoji dövr ərzində bu göstərici 120-150 milyon dollar təşkil etmişdi.

www.oxu.az