“Texnikanın səsi aydın eşidilir”…
“Texnikanın səsi aydın eşidilir”.
Azərbaycanın silahlı bölmələri bu günlərdə Ermənistanla sərhəddə öz səngərlərinin möhkəmləndirilməsi ilə bağlı mühəndis işləri aparır.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə “Aykakan jamanak” qəzeti yazıb.
“Bir neçə gün əvvəl bizim müxbir Erasx-Sədərək sərhədi zonasında qarşı tərəfin buldozerlə səngərlərini möhkəmləndirdiyini qeydə alıb. Tavuş əyalətinin İcevan regionundan əldə etdiyimiz məlumata əsasən, bu cür işlər Kayan-Qazax ərazisində də aparılır.
Hər iki halda erməni tərəfində qarşı tərəfin texnikasının necə işlədiyi aydın eşidilir. Dünən “Facebook” sosial şəbəkəsində azərbaycanlıların Noemberyan regionu ilə sərhəd ərazisində öz mövqelərini möhkəmləndirməsi barədə məlumatlar yayılıb”, “Aykakan jamanak” qeyd edib.