Ermənilər Azərbaycana gəldi

Heyətin tərkibində Ermənistan parlamentinin “Daşnaksütyun”-un üzvü də var…

Heyətin tərkibində Ermənistan parlamentinin “Daşnaksütyun”-un üzvü də var.

ATƏT-in Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün Ermənistan nümayəndə heyətinin üzvləri Bakıya gəliblər. 

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Ermənistan parlamentinin “Daşnaksütyun” fraksiyasının katibi Aqvan Vardanyan, “Respublika” fraksiyasından deputat Artaşes Geqamyan, “Çiçəklənən Ermənistan”ın deputatı Stepan Markaryan, parlamentin beynəlxalq şöbəsinin nümayəndəsi Anait Qasparyan və XİN təmsilçisi Vaqe Gevorkyan daxildir.

Sessiya Bakıda iyunun 28-dən iyulun 2-dək keçiriləcək.

www.oxu.az