Ermənilər çayla Azərbaycana mərmilər göndərir

Sakinlər aidiyyəti qurumlara məlumat veriblər…

Sakinlər aidiyyəti qurumlara məlumat veriblər.

Tovuzda həyətyanı sahədən axan arxdan mərmi və qalıqları aşkarlanıb.

Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bozalqanlı kəndində müşahidə edilib. Ərazidə axan arxdan su kəsildikdən sonra sakinlər partlayıcı mərmilər və hissələrini görüblər. Kəndlilər bildirir ki, ərazidən keçən arx öz başlanğıcını Ermənistandan başlayan çaylardan götürdüyündən bu mərmilər onlar tərəfindən qəsdən axıdılır.
 
Məlumata görə, kənddəki yaşayış evlərinin yaxınlığından keçən su arxından sahələrin suvarılmasında və məişətdə istifadə edildiyindən bu hal təhlükə yaradır.
 
Kənd sakinləri arxdan mərmi və qalıqlarının tapılması ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər.

www.oxu.az