Ermənilər öz mövqelərini möhkəmləndirirlər

Açıq ərazilərin bağlanması halları qeydə alınıb…

Açıq ərazilərin bağlanması halları qeydə alınıb.

Ermənistan ordusu cəbhə xəttində müdafiə mövqelərində möhkəmləndirmə işlərinə başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, cəbhənin cənub-şərqində – Füzuli rayonunun Qazaxlar, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində bir neçə gündür ermənilərin mövqelərini möhkəmləndirməsi müşahidə olunur.

Əsasən gecə saatlarında fəaliyyət göstərən erməni mühəndis-istehkam bölmələri tərəfindən ərazinin minalanması, eləcə də mövqelərin üzərində maneələrin qurulması, açıq ərazilərin bağlanması halları qeydə alınıb.

Azərbaycan tərəfi düşmənin cəhdlərini önləməyə çalışır.

www.oxu.az