Ermənini Kremldə “terror aktına” görə cəzalandırdılar

O, Rusiyada qeyri-qanuni olub…

O, Rusiyada qeyri-qanuni olub.

Soçi məhkəməsi Kremldə partlayış olacağı barədə polisə yalan məlumat vermiş Ermənistan vətəndaşı Aşot Arakelyanı 20 min rubl məbləğində cərimələyib. 

Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Krasnodar vilayətinin prokurorluğu məlumat verib. 

İnsident yanvarın 15-də baş verib. 37 yaşlı Arakelyan həmin insidentə görə bir neçə ay həbsdə olub. 

“Məhkəmədə müəyyən olunub ki, Rusiya Federasiyası ərazisində qeyri-qanuni olan Arakelyan özünə diqqət cəlb etmək məqsədilə növbətçi hissəyə zəng vurub və yalnış məlumat verib ki, Kremldə partlayış olacaq”, – məlumatda deyilir. 

Məhkəmə iclasında o, törətdiyi əmələ görə peşman olduğunu deyib. Məhkəmə öncə cəriməni 100 min rubl məbləğində müəyyən etsə də, sonradan onun məhkəmə öncəsi həbsdə olma müddətini nəzərə alaraq cəriməni 20 min rubla qədər azaldıb. 

www.oxu.az