Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Düşmən cavab atəşi ilə susdurulub…

Düşmən cavab atəşi ilə susdurulub.

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 44 dəfə pozulub.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, erməni silahlı bölmələri Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Qaraqaşlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. 

Düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az