Ermənistanda hərbi maşın uçuruma yuvarlandı: 1 əsgər öldü, 7-i yaralandı

Yaralıların üçünün vəziyyəti ağırdır…

Yaralıların üçünün vəziyyəti ağırdır.

Bu gün axşam saatlarında Ermənistanın Lori vilayətində, Spitak-İrəvan avtomobil yolunda hərbi maşın qəzaya uğrayıb.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan ordusunun hərbi hissələrindən birinin əsgərlərini daşıyan “Ural” markalı yük avtomobili yolun hərəkət hissəsindən çıxıb və uçuruma yuvarlanıb. Nəticədə avtomobilin kuzovunda olan hərbçilər müxtəlif dərəcədə xəsarət alıblar.

Yaralıların sayının azı 7 olduğu bildirilir. 1995-ci ildə anadan olmuş sıravi Artyom Tovmasyan isə ölüb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan bildirib ki, yaralıların üçünün vəziyyəti ağırdır.

www.oxu.az