Fransa da Azərbaycanın separatçı regionunda qondarma “seçkilər “i tanımır

“Fransa Azərbaycanın separatçı regionunda qondarma “seçkilər “i tanımır “…

“Fransa Azərbaycanın separatçı regionunda qondarma “seçkilər “i tanımır “.

Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye separatçı rejimin sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərində “özünüidarə orqanları”na qanunsuz “seçkilər” keçirməyi planlaşdırması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransa Dağlıq Qarabağı müstəqil dövlət qismində tanımır və müvafiq olaraq, sentyabrın 13-nə Dağlıq Qarabağda planlaşdırılan qondarma “seçkilər ” davam edən sülh prosesinə və bu ərazinin gələcək statusuna heç bir təsir göstərə bilməz.

 

/Trend/