Fransa İraqa aviazərbələr endirir

Əməliyyat davam edəcək.

 

Əməliyyat davam edəcək.

Fransanın HHQ İraqın şimali-şərqində “İslam dövləti” yaraqlılarının obyektlərinə aviazərbələr endirib və yaxın günlərdə də əməliyyatı davam edəcəklər, Fransa prezidenti Fransua Olland bəyan edib.

Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, dövlət başçısının sözlərinə görə, “İslam dövləti” yaraqlıları ilə mübarizədə İraq hökumətini dəstəkləmək qərarına gəlib.

“Dünən Yelisey sarayında keçirilən mətbuat konfransında İraq hökumətinə terrorçularla mübarizədə lazım olan HHQ dəstəyini göstərməyi qərara aldığımı elan etdim. Bu gün səhər 9.40 radələrində bizim Rafale qırıcıları “İslam dövləti” terrorçularının İraqın şimali-şərqində yerləşən mövqelərinə zərbə endirib. Hədəf tamamən məhv edilib”, – Ollandın sözləri sitat gətirilib.

Mətbuat konfransı zamanı Olland aviazərbələrin endirilməsindən danışsa da ora quru qoşunlarını yeritməyəcəyini də söyləyib.

www.oxu.az