Gənc sərhədçilərin andiçmə mərasimi keçirilib

Vətənə sədaqət andı qəbul edilib…

 

 

 

 

Vətənə sədaqət andı qəbul edilib.

Noyabrın 2-də Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissəsinin təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, tədbir hərbi hissə komandiri, polkovnik Mehman Yusifovun  gənc əsgərləri salamlaması ilə başlayıb.

Daha sonra DSX-nin  şəxsi heyət üzrə baş idarənin rəisi, general-mayor Azad Ələkbərov  şəxsi heyəti və mərasim iştirakçılarını təbrik edib. Andiçmə mərasimində həmçinin gənc əsgərlərin valideynləri çıxış ediblər.

DSX-nin rəisi, general-leytnanat  Elçin Quliyevin təbrik teleqramının mətni oxunduqdan sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib, gənc əsgərlər Vətənə sədaqət andını qəbul ediblər.

Tədbir şəxsi heyətin tribunanın önündən keçməsi ilə başa çatıb.

 

 

/Oxu.az/