“Bu münaqişələrin “donunun açılması” ehtimalı artır”…
“Bu münaqişələrin “donunun açılması” ehtimalı artır”.
Postsovet məkanında mövcud “dondurulmuş” münaqişələr Rusiyanın təhlükəsizliyinə təhdiddir.
Oxu.Az İnterfaks-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov bəyan edib.
“SSRİ-nin süqutundan sonra artıq 20 ildən çoxdur ki, Moldovanın tanınmamış Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə, Ermənistanın və Azərbaycanın Dağlıq Qarabağın muxtariyyət statusu ilə bağlı münasibətləri həll olunmayıb.
Rusiyanın ABŞ və Avropa ilə münasibətlərinin kəskinləşməsi fonunda bu münaqişələrin “donunun açılması” ehtimalı artır. Bu da dövlətimizin sərhədlərinin yaxınlığında silahlı toqquşmaların yaranmasına səbəb ola bilər”, – Gerasimov Moskvada təhlükəsizlik üzrə konfransda deyib.
www.oxu.az