“Bu məsələ Gürcüstanda nəzərdən keçirilmir”…
“Bu məsələ Gürcüstanda nəzərdən keçirilmir”.
Biz, Ermənistanın Rusiya ilə dəmir yolu xəttinin bərpa olunmasında marağını anlayırıq. Lakin bu məsələ Gürcüstanda nəzərdən keçirilmir.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri David Usupaşvili Ermənistanın “Mediamaks” agentliyinə müsahibəsində deyib.
“KİV-də dəmir yolu xəttinin Abxaziya hissəsi üzrə hərəkətin bərpası məsələsi həqiqətən də mütəmadi olaraq aktual mövzuya çevrilir. Heç bir dövlət qurumu bu məsələ ilə bağlı danışıqlar aparmır. Bu məsələyə Rusiyanın Gürcüstanın işğal olunmuş regionları konteksti xaricində baxıla bilməz”, – o deyib.
Agentliyin qondarma “erməni soyqırımı”nın növbəti ildönümü ilə bağlı Gürcüstan parlamentindən hər hansı bir bəyanat və ya qətnamənin gözlənib-gözlənilməməsi ilə bağlı sualına David Usupaşvili cavab verib ki, yeni yanaşmalar gözləməyə dəyməz.
“Hesab edirəm ki, bu məsələ ilə bağlı Gürcüstan parlamentinin hər hansı bir yeni yanaşma və ya bəyanatını gözləməyə dəyməz”, – gürcü siyasətçi deyib.
www.oxu.az