Gürcüstan Ermənistan sərhədində cəbbəxana

“15 480 yaylı partlayıcı götürülüb”…

“15 480 yaylı partlayıcı götürülüb”.

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin cənubunda ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində yerin altında gizlədilmiş 100-dən çox tank mərmisi və 4000-dən çox mina detonatoru tapılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-i məlumat yayıb. 

“Ümumilikdə, 128 tank mərmisi, 3 969 partlayıcı mina detonatoru və 15 480 yaylı partlayıcı götürülüb”, deyə məlumatda qeyd olunub. 

Faktla bağlı Gürcüstan CM-nin 236-cı maddəsi üzrə (silah-sursatın qanunsuz saxlanılması və əldə olunması) cinayət işi başlanıb, istintaq aparılır.  

www.oxu.az