Gürcüstan prezidenti: Rusiya-Abxaziya sazişi münasibətləri çətinləşdirəcək

Marqvelaşvili qeyri-qanuni sazişə müvafiq siyasi qiymət verməyə çağırıb…

Marqvelaşvili qeyri-qanuni sazişə müvafiq siyasi qiymət verməyə çağırıb.

Rusiya ilə Abxaziya arasında bağlanmış “Müttəfiqlik və strateji tərəfdaşlıq haqqında” saziş Rusiya ilə münasibətlərin normallaşmasını çətinləşdirəcək.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Tiflisdə təşkil olunmuş xüsusi brifinqdə Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili bəyan edib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa zidd olan  müqavilənin imzalanması Rusiyanın Abxaz regionunu ilhaq etməsinə yönələn addımdır. Marqvelaşvili beynəlxalq ictimaiyyəti qeyri-qanuni sazişə müvafiq siyasi qiymət verməyə çağırıb.

Qeyd edək ki, noyabrın 24-də Soçi şəhərində Rusiya ilə Abxaziya arasında imzalanmış saziş ümumi müdafiə və təhlükəsizlik məkanının yaradılmasını nəzərdə tutur. 

www.oxu.az