Gürcüstan prezidenti: Rusiya özü üçün təhlükə yaradır

“Artıq standart Türkiyə-Gürcüstan-Azərbaycan formatı mövcuddur”…

“Artıq standart Türkiyə-Gürcüstan-Azərbaycan formatı mövcuddur”.

Gürcüstan prezidenti ölkələr üçün prinsipial məsələlərin müzakirəsində beynəlxalq icmaların fəal iştirakının labüdlüyünü qeyd edib.

Oxu.Az xəbər verir ki, bu barədə Georgi Marqvelaşvili Gürcüstan yayımcısının Birinci İctimai kanalına verdiyi müsahibəsində bildirib.  

Dövlət başçısı qeyd edib ki, “Gürcüstan hakimiyyəti bütün beynəlxalq forumlarda fəallıq göstərməli, eləcə də yeni formatlar yaratmalıdır”.

“Mən hazırlıq qeydə alınan kimi rusiyalı kolleqam ilə görüşməyə hazıram. Mən dəfələrlə bəyan etmişəm ki, gürcü tərəfi bizim üçün prinsipial olan məsələləri Rusiyanın ali rəhbərliyi ilə müzakirə etməyə hazırdır. Bunun üçün bizdə sadəcə hazırlıq deyil, həm də Gürcüstanın maraqlarını əzmək? Rusiyaya nə qısamüddətli, nə də uzunmüddətli perspektivdə güclü mənəvi, siyasi və real arqumentlər var. Amma bizim ölkə üçün mühüm məsələləri yalnız rusiyalı kolleqalarımız ilə deyil, eləcə də xarici dost və partnyorlarımız ilə müzakirə etməliyik.

Xatırlatmaq istəyirəm ki, artıq Türkiyə-Gürcüstan-Azərbaycan formatı mövcuddur. Burada regionda problemlər, perspektivlər və daha yaxşı gələcək haqqında danışırıq. Bu format çərçivəsində ilk sammit Tbilisidə baş tutub, növbəti sammit Bakıda keçiriləcək. Bu suallarla əlaqədar mən moldavan və ukraynalı kolleqalarımızla məsləhətləşməyi planlaşdırıram, çünki Rusiyanın son zamanlarda qəbul etdikləri addımlar bu ölkələr üçün də təhlükə yaradır, o həmçinin özü üçün və işğal olunan ərazidə yaşayan əhali üçün də təhlükə yaradır. Biz bütün beynəlxalq forumlarda bu istiqamətdə fəallığı artırmağı və yeni formatlar yaratmaq niyyətindəyik”, – prezident qeyd edib.  

A.İ.

www.oxu.az