Gürcüstan XİN: Moskvanın bu addımı Gürcüstanın ərazi bütövlüyünə qarşıdır

Maya Pancikidze Almaniya Federativ Respublikasının XİN rəhbəri ilə görüşüb…

Maya Pancikidze Almaniya Federativ Respublikasının XİN rəhbəri ilə görüşüb.

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüş zamanı Rusiya Federasiyasının Abxaziyanın işğal rejiminə təklif etdiyi müqavilə barədə danışıb, Gürcüstan XİN bildirir.

Maya Pancikidzenin bəyanatına görə, alman tərəfi Rusiyanın planlarına dair Gürcüstanın qayğılarını bölüşür, Oxu.Az Qruzxiya online-a istinadən xəbər verir.

Görüş zamanı, Moskvanın bu addımının məhz Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyünə istiqamətləndiyi və Rusiyanın müdaxilə niyyətinin davam etdiyi və bununla da Gürcüstanın Avropa ölkələri və avroatlantik strukturlar ilə yaxınlaşmasına mane olduğu qeyd edilib.   

“Almaniya XİN rəhbəri tərəfindən qeyd edilib ki, Almaniya Gürcüstanın müstəqillik və ərazi bütövlüyünü dəstəkləyir. Mənim kolleqam vəd etdi ki, Rusiya ilə kommunikasiya zamanı bu məsələyə toxunulacaq”, – Maya Pancikidze bəyan edib.

www.oxu.az